Bir gündə toylara görə 7 nəfər cərimələnib


11:59     12 Oktyabr 2021 21_10_12_1634024151.jpg

Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, monitorinq 57 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barədə materiallar baxılması üçün məhkəməyə göndərilib, 111 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Açar sözlər:

Oxunub: 882