Azərbaycanla NATO arasında tərəfdaşlıq məsələləri müzakirə edilib
18:59 12 Oktyabr 2021
Oktyabrın 12-də Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.
Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.
Baş Qərargah rəisi qonağı salamladıqdan sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra Azərbaycan Ordusunda döyüş hazırlığının yüksək olduğunu və şəxsi heyətin ruh yüksəkliyinin daha da artdığını qeyd edib.
General-leytenant K.Vəliyev Azərbaycan Ordusunun bölmələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində əldə etdiyi müsbət nəticələri və əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Kontr-admiral B.Turan NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə Azərbaycan Ordusunun hərbi qulluqçularının fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə NATO ilə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Femida.az
Oxunub: 1013
Oxşar xəbərlər
- Ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ərdoğan Azərbaycana gəlir
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib