Putin MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək


19:18     12 Oktyabr 2021 2021/10/74268243-3FDC-4431-B621-ADA7908F97E6_1634050782.png

Oktyabrın 13-də Rusiya prezidenti Vladimir Putin videokonfrans vasitəsilə MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüş keçirəcək.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş Moskvada keçiriləcək MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti iclası çərçivəsində baş tutacaq.

Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.


Femida.az

Açar sözlər: #Vladimir-Putin   #MDB   #Görüş    

Oxunub: 923