Putin Paşinyanla görüşüb


20:52     12 Oktyabr 2021 2021/10/C08E39D1-7750-4727-979E-A5F9047DB542_1634067305.png

Ermənistan baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib.
Femida.az xəbər verir ki, bir müddət öncə Kremldə Rusiya Prezidenti Vladimir Putinlə və Ermənistanın baş naziri arasında görüş keçirilib. Paşinyanla mütəmadi telefon danışıqları apardığını deyən Putin şəxsi görüşlərin hər zaman məhsuldar keçdiyini vurğulayıb.

- Ümid edirəm ki, bu dəfə də belə olacaq. Formal və qeyri-formal danışıqlar apararaq birlikdə nahar edəcək və mövcud məsələləri müzakirə edəcəyik,- deyən Rusiya Prezidenti iki ölkə arasında əməkdaşlığa dair əsas məsələləri, eləcə də regionda vəziyyətin nizamlanması barədə fikir mübadiləsi aparacaqlarını da qeyd edib.

Paşinyan isə hələlik regionda vəziyyətin tam sabitləşmədiyini söyləyib. Onun fikrincə bölgədə təhlükəsizliyin təmin olunmasında ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya açar rolunu oynayır.



Femida.az

Açar sözlər:

Oxunub: 816