Füzulidə sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsib
09:15 13 Oktyabr 2021
Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Balabəhmənli kəndində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Quliyev Ceyhun Nazim oğlu yolu keçərkən onu avtomobil vurub. Daha sonra avtomobilin sürücüsü yaralı gəncə yaxınlaşaraq onun boğazına və bədənin müxtəlif yerlərinə bir neçə bıçaq zərbəsi endirib.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Füzuli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı, boğaz, boyun, bel nahiyəsinin bıçaq yaraları diaqnozları qoyulub.
Yaralı əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qohumlarından əldə etdiyimiz məlumata görə C. Quliyev Birinci Qarabağ müharibəsində şəhid olan Nazim Quliyevin oğludur və hadisəni Müşviq adlı şəxs törədib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 610
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb