İsmayıllıda şadlıq sarayının sahibi cərimələnib
09:28 13 Oktyabr 2021
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi ilə əlaqədar toy mərasimlərinin təşkil edildiyi şadlıq saraylarında monitorinq keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən monitorinq zamanı “Aysu Palace” şadlıq sarayında pandemiya dövrünün tələblərinə məsuliyyətsiz yanaşıldığı aşkarlanıb.
Belə ki, xidmət personalının tibbi maskadan istifadə etmədiyi, eləcə də karantin rejimindən irəli gələn bəzi qayda və tələblərə əməl olunmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntularına görə obyektin sahibi Ağakərim Dəmirov inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.
Oxunub: 601
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb