Kürdəmir sakini həmkəndlisini bıçaqlayıb


11:42     13 Oktyabr 2021 21_10_13_1634110357.jpg

Kürdəmirdə həmkəndlisini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən rayonun Ərəbqubalı kənd sakini, 1981-ci il təvəllüdlü Samir Qoçu oğlu Hüseynov saxlanılıb.

O, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri zamanı tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 560