DİN məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlara münasibət bildirib


13:30     13 Oktyabr 2021 21_10_13_1634114883.jpg

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Femida.az-a bildirib ki, hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır:

“Bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə və vatsap qruplarında səs yazıları yayılır. Bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.

Açar sözlər:

Oxunub: 802