Gəncədə partlayış səsinin səbəbi açıqlandı


15:26     13 Oktyabr 2021 2021/10/F4DE4371-7E8F-4606-8894-109C7926F2EF_1634124554.png

Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyindən Femida.az -a bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir:

"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyə MN-dən bildirilib.


Femida.az

Açar sözlər: #MN   #partlayış    

Oxunub: 221