Baş Prokurorluğun idarələrinin sayı artırılıb


16:23     13 Oktyabr 2021 2021/10/AD1B67AE-65FB-432C-9FDE-01C32E746416_1634127373.png

“Son bir il ərzində Baş Prokurorluqda aparılan islahatlar nəticəsində idarələrin sayı 15-dən 18-ə çatdırılıb”.

Femida.az -ın xəbərinə görə, bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Baş Prokurorluq və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Media və Hüquqi Maarifləndirmə” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, əsas məqsəd baş verən hadisələrlə bağlı ictimaiyyət və KİV nümayəndələrini vaxtında məlumatlandırmaqdır.

Qeyd edək ki, prokurorluq orqanları ilə kütləvi informasiya vasitələri arasında işgüzar əlaqələrin möhkəmləndirilməsini, fəaliyyət istiqamətləri üzrə keyfiyyət və səmərəliliyin daha da artırılmasını, habelə məlumat mübadiləsi zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə oktyabrın 13-də Baş Prokurorluğun inzibati binasında “Media və Hüquqi Maarifləndirmə” mövzusunda tədbir keçirilir.



Femida.az

Açar sözlər: #Baş-Prokurorluq    

Oxunub: 503