Quru Qoşunlarının komandanı Türkiyəyə gedib


17:36     13 Oktyabr 2021 2021/10/9C90BD42-5C17-4C0A-B6C9-89A206DE649B_1634134821.png

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Femida.az

Açar sözlər: #MN   #Türkiyə    

Oxunub: 771