Ötən sutka 1 265 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb


19:28     13 Oktyabr 2021 2021/10/C2CEB3B2-CFCA-4E4A-8849-A371F804906D_1634152556.jpeg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib. 13 241 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, bu günə qədər isə ümumilikdə 4 979 535 test icra olunub.


Femida.az

Açar sözlər: #Koronavirus    

Oxunub: 201