Ağacları kəsən şəxs cəzalandırılıb


19:55     13 Oktyabr 2021 2021/10/89B924B5-4205-43C6-BB54-57402F4E8232_1634152869.jpeg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lerik rayonu Siyov bələdiyyəsinin mülkiyyətinə aid ərazidə 6 ağacın kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az -a bildirib ki, araşdırma zamanı ağacların Lerik rayon sakini Elşad Şəfiyev tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lerik Rayon Prokurorluğuna göndərilib”.

Femida.az

Açar sözlər:

Oxunub: 742