Somalidə terror aktı törədilib, ölənlər var


09:34     14 Oktyabr 2021 21_10_14_1634187549.jpg

Somalidə törədilmiş terror aktı zamanı bir neçə nəfər həlak olub.

Femida.az xəbər verir ki, bu barədə “Garowe Online” portalı bildirib.

Məlumata görə, hadisə paytaxt Moqadişodan şimaldakı Daynil ərazisində baş verib. Təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu nəqliyyat vasitəsi silahlılar tərəfindən atəşə tutulub. Hücum nəticəsində 12 nəfər həlak olub. Ölənlərin əksəriyyət xüsusi xidmət orqanlarının əməkdaşlarıdır.

Terror aktına görə məsuliyyəti "Aş-Şabab" terror təşkilatı üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 701