Sabah gecə saatlarında “Azercell"in bəzi xidmətlərində çətinliklər olacaq


10:38     14 Oktyabr 2021 21_10_14_1634191824.jpg

Oktyabrın 15-də, gecə saatlarında “Azercell Telekom” MMC-nin bəzi xidmətlərində müvəqqəti çətinliklər yaranacaq.

Femida.az şirkətə istinadən xəbər verir ki, bu, xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə aparılacaq təkmilləşdirmə işləri ilə bağlı olacaq.

Xatırladaq ki, “Azercell Telekom” 1996-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 62,1 milyon manatdır. Şirkətin əsas təsisçisi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-dir.

Bizim Twitter səhifəmizə abunə olun

Açar sözlər:

Oxunub: 504