Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb


11:22     14 Oktyabr 2021 21_10_14_1634193697.jpg

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən 1 ədəd “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 423