Xocavənddə tank mərmiləri aşkarlanıb


11:47     14 Oktyabr 2021 21_10_14_1634194091.jpg

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.

Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 467