Zaxarova: "Rusiya üçtərəfli bəyanatın bütün müddəalarına riayət edilməsinin tərəfdarıdır"
13:33 14 Oktyabr 2021
“Rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilmiş üçtərəfli bəyanatın bütün müddəalarına ardıcıl və şərtsiz riayət edilməsinin tərəfdarıdır. Ümid edirik ki, bununla da mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla, rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması üçün lazımi şərait yaradılacaq”.
Femida.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik birfinq zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü unikal formatdır: “Bu cür görüşlər konfessiyalararası dialoqun dərinləşdirilməsinə kömək edir. Biz ondan çıxış edirik ki, baş tutmuş bu görüş münasibətlərin normallaşmasına və Cənubi Qafqazda ümumi mühitin yaxşılaşmasına, o cümlədən etimadın möhkəmlənməsinə, humanitar vəzifələrin həllinə və mədəni irs obyektlərinin qorunub saxlanmasına töhfəsini verəcək.
Oxunub: 652
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"