Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə edib


15:59     14 Oktyabr 2021 2021/10/2686E0D7-3025-4F44-8EBB-7DAE3513BD64_1634214760.png

Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Bu barədə Femida.az -a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Femida.az

Açar sözlər: #Rusiya   #Azərbaycan    

Oxunub: 425