Qanunsuz erməni silahlı dəstələrinə məxsus PUA ələ keçirilib


17:27     14 Oktyabr 2021 2021/10/377E506E-2798-4E51-A81A-953D379663CE_1634218076.png

Oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Ordusunun Hərbi Polisinin Hərbi Avtomobil Müfəttişliyinin “NİVA” markalı avtomobilinin ön, arxa hissəsi, təkəri və hərəkət mexanizmləri zədələnib. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.


Femida.az

Açar sözlər: #PUA    

Oxunub: 513