Azərbaycan və Türkiyə Quru Qoşunlarının komandanları görüşüb


19:10     14 Oktyabr 2021 2021/10/76028C32-719F-4D37-8F28-500A667CE2CC_1634224292.png

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də "Avrasiya sülhü - 2021" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.


Femida.az

Açar sözlər: #Türkiyə   #Azərbaycan    

Oxunub: 508