Azərbaycanda III rübdə neft emalı kəskin artıb


21:59     14 Oktyabr 2021 2021/10/36C3AFDA-3E7A-433B-9397-FD7B97F2CE6F_1634239898.jpeg

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46,5 faiz çoxdur.

SOCAR-dan Femida.az -a bildirilib ki, bu kəskin artım ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur.

Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.

Femida.az

Açar sözlər: #SOCAR    

Oxunub: 566