"Rusiya ötənilki hadisələrdə İrəvanın kürəyini söykədiyi yeganə ölkə oldu" - Rusiya səfiri


15:59     15 Oktyabr 2021 2021/10/DDCE97FA-96F3-48AF-B410-ADA7A0D634B7_1634301251.png

Rusiya 2020 -ci il hadisələri zamanı Ermənistana çiyin verən və praktiki olaraq ölkə üçün ən çətin dövrdə erməni xalqının yanında olan yeganə ölkədir.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin müstəqilliyinin 30 illiyinə həsr olunmuş "Ermənistan və Rusiya: yeni strategiyanın vacibliyi" geosiyasi sessiyasında çıxış zamanı deyib.

Rusiyalı diplomat qeyd edib ki, yeni reallıqlar ikitərəfli münasibətlərdə fərqli yanaşma tələb edir. O hesab edir ki, Ermənistan və Rusiya müxtəlif sahələrdə ikitərəfli münasibətlərdəki disbalansı aradan qaldırmaq barədə düşünməlidir.
Səfirin sözlərinə görə, hazırda müxtəlif güclərin və ittifaqların yeni dünya nizamında öz mövqeləri uğrunda mübarizəsi gedir.


Femida.az

Açar sözlər: #Səfir   #Ermənistan   #Rusiya    

Oxunub: 361