Qazax sakinində narkotik aşkarlanıb


10:19     16 Oktyabr 2021 21_10_16_1634365178.jpg

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Sərxan Əhmədovun yaşadığı evə baxış keçirilən zaman oradan narkotik maddə olan “heroin”, “metamfetim” “marixuana”, müxtəlif şprislər aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 673