Nərimanov rayonunda daha bir küçəyə nəqliyyatın girişinə məhdudiyyət qoyulub


10:47     16 Oktyabr 2021 21_10_16_1634365897.jpg

Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.

Açar sözlər:

Oxunub: 746