Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək


13:58     16 Oktyabr 2021 21_10_16_1634377680.jpg

"Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir".

Femida.az -ın xəbərinə görə, bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış və Suqovuşan qəsəbələrinə səfər edib: "Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdırılır. Biz buna nail olacağıq".

Açar sözlər:

Oxunub: 788