Xarici diplomatlar Şıxarx qəsəbəsində ağac əkiblər


15:29     16 Oktyabr 2021 2021/10/55B9E611-2EB6-496C-AAEB-E2EAFA1C462E_1634385361.png

Şıxarx qəsəbəsində Azərbaycandakı diplomatik korpusun nümayəndələri xatirə olaraq 150 şam ağacı əkiblər.

Femida.az xəbər verir ki, əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ərazi haqqında məlumat verib. Bildirib ki, 1978-ci ildə ermənilər buraya gəlmələrinin 150 illiyi ilə bağlı abidə qoymuşdular. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən, ermənilərin Qafqaza, xüsusilə Azərbaycana köçürülməsi başlanıb. Münaqişə dövründə, yəni, 1991-1992-ci illərdə bu abidə ermənilərin özləri tərəfindən dağıdılıb.

Azərbaycan Ordusu qəsəbəni erməni işğalçılarından təmizlədikdən sonra buranın adı dəyişdirilib. Burada Vətən müharibəsi şəhidlərinin hər birinin adına meyvə ağacı əkilib. Sonra səfər iştirakçıları ağac əkiblər.

Femida.az

Açar sözlər: #Ağac   #Diplomat    

Oxunub: 510