Su Nəqliyyatı polisi və Milli Parkın əməkdaşları birgə reyd keçiriblər


17:35     16 Oktyabr 2021 2021/10/8D84210D-2205-4384-85CB-065EC5AA1B46_1634394429.png

Su bioresurslarının mühafizəsi, ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri və "Təmiz hövzələr" aksiyası çərçivəsində Abşeron Milli Parkının su ərazisində Su Nəqliyyatında Polis İdarəsinin və milli parkın əməkdaşları tərəfindən birgə reyd keçirilib.

Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, reyd zamanı ərazidə sənaye balıq ovu ilə məşğul olan subyektlərə Balıqçılıq haqqında və Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri haqqında ölkə qanunvericiliyinin tələbləri izah olunub və bu tələblərə riayət olunması üçün xəbərdarlıq edilib.

Anoloji birgə nəzarət tədbirləri ölkə ərazisindəki digər xüsusi mühafizə olunan təbiət ərazilərində də davam etdiriləcək.

Femida.az

Açar sözlər: #Supolisi   #Reyd    

Oxunub: 448