"Taliban" ilə Müqavimət Cəbhəsi toqquşub


21:22     16 Oktyabr 2021 2021/10/0693FCFD-7173-4B5E-AF8F-80EAE10CF0E9_1634435100.png

Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində Milli Müqavimət Cəbhəsi döyüşçüləri ilə "Taliban" qüvvələri arasında yenidən silahlı toqquşmalar başlayıb.

Femida.az bu barədə yerli agentliyə istinadən xəbər verir.

Toqquşmalarda azı 7 vəzifəli şəxs öldürülüb.

Agentliyin məlumatına görə, ölənlər arasında Federal Vergi Xidmətinin iki komandiri də var.

Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.


Femida.az

Açar sözlər: #Taliban   #Toqquşma    

Oxunub: 768