Füzulidə düşmənin atıb qaçdığı silah-sursatın sayı açıqlanıb
15:18 17 Oktyabr 2021
Ötən müddət ərzində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində zəruri olan bütün tədbirləri yerinə yetirib, təhlükəsizliyin təmin edilməsi istiqamətində lazımi işlər görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, işğaldan azad edilən zaman düşmənin atıb qaçdığı silah-sursatların aşkar edilməsi istiqamətində görülən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 38 müxtəlif təyinatlı raket sistemləri, 39 avtomat, 9 pulemyot, 14 qumbaraatan, 118 qumbara, minaatan qurğusu, xeyli sayda müxtəlif çaplı mərmi və minlərlə güllələr aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa keçirilmiş kompleks tədbirlər nəticəsində işğaldan azad edilmiş Qacar kəndi ərazisində yabanı halda bitmiş çəkisi 217 kiloqram olan 1 263 çətənə bitkiləri yığılaraq məhv edilib.
Femida.az
Oxunub: 786
Oxşar xəbərlər
- Füzulidə minaya düşən polisin ayağı amputasiya edilib
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- Füzulidə 31 yaşlı kişini avtomobil vurub
- Füzulidə müəyyən edilməmiş avtomobil yolun kənarında dayanan şəxsi vuraraq öldürüb
- Füzulidə 14 min manatdan artıq oğurluq edən şəxslər saxlanılıb
- Füzulidə velosiped sürən gənci avtomobil vurub
- Füzulidə xeyli sayda silah-sursat aşkarlanıb
- Füzulidə minaya düşən gəncin son durumu açıqlanıb
- Füzulidə qızını öldürən ata tutulub
- Füzulidə traktor minaya düşüb