Azərbaycanda daha 1 896 nəfər koronavirusa yoluxub, 19 nəfər ölüb


21:48     17 Oktyabr 2021 2021/10/0F9B5AC3-03B5-4B87-803E-3DEA6921F611_1634506689.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 896 nəfər yoluxub, 764 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 502 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 403 nəfər müalicə olunaraq sağalıb, 6 765 nəfər vəfat edib. 17 039 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 261, bu günə qədər isə ümumilikdə 5 025 402 test icra olunub.

Femida.az

Açar sözlər: #Virus    

Oxunub: 402