Son sutkada peyvənd olunanların sayı açıqlanıb


21:56     17 Oktyabr 2021 2021/10/97D23282-CC1C-45DD-AD1E-6526477F2A80_1634507010.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 462 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 962, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 500 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 194 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 151, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 281 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 875