Qarabağa qayıdan kəndlilərə neçə sot torpaq veriləcək? - PREZİDENT AÇIQLADI


14:20     18 Oktyabr 2021 21_10_18_1634551302.jpg

"Cənab Prezident, Füzuli şəhərinin işğaldan əvvəl məskunlaşma ərazisi bu xəritədə tünd rənglə göstərilib. İndi artıq 397 hektar təşkil edir. Yeni baş plana görə artıq bu sarı rənglərlə göstərilmiş ərazi, o cümlədən hava limanı daxil olmaqla, 1936 hektar təşkil edəcək. Şəhər, ümumiyyətlə, 50 min nəfər üçün planlaşdırılır. Yəni, hesabat dövrünə - 2040-cı ilə 50 min nəfərlik şəhər olacaq".

Femida.az xəbər verir ki, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Füzulidə Prezident İlham Əliyevlə dialoqunda deyib.

Dövlət başçısı isə bildirib ki, Füzulidə torpaq da yaxşı, münbit torpaqdır.

"İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra əlbəttə ki, yenidən bölgü aparılacaq. Bir də ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur, mənə məruzə edildi. Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq", - deyə Prezident İlham Əliyev bildirib.

Açar sözlər:

Oxunub: 422