Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı təbrik edib


16:23     18 Oktyabr 2021 2021/10/turk--1634556849_1634561787.jpg

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib.

Femida.az bu barədə nazirliyin "Twitter" səhifəsinə istinadən məlumat verir.

"Dost və qardaş ölkə Azərbaycanı müstəqilliyini yenidən qazanmasının 30-cu ildönümü münasibətilə təbrik edirik, azərbaycanlı qardaşlarımıza birlikdə və bərabər olacağımız güclü gələcək arzulayırıq", - təbrikdə deyilir.

Femida.az

Açar sözlər: #Türkiyə   #Təbrik    

Oxunub: 375