Peyvənd olunanların sayı açıqlanıb


19:42     18 Oktyabr 2021 2021/10/1C851C46-F996-410D-925F-FCB00CCF71BE_1634602476.jpeg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 591 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 190, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 401 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 195 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 964 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 230 682 təşkil edir.


Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 1197