Hesabat: "Neft 190 dollaradək bahalaşa bilər"


21:11     18 Oktyabr 2021 2021/10/ADAA533D-A250-49BA-93C3-11D1FEF04680_1634604006.jpeg

Yaxın vaxtlarda neft 100 dollaradək bahalaşa bilər.

Femida.az xəbər verir ki, bu barədə “JP Morgan” bankının hesabatında göstərilib. Qeyd olunub ki, 2021-ci ildə neft qiymətləri 64 faiz bahalaşaraq çoxillik rekordu yeniləyib və bu qarşıdakı bir neçə ay ərzində illik inflyasiyanı 0,4 faiz artıra bilər.

Hesabat müəlliflərinə görə, 2025-ci ildə xam neftin 190 dollaradək bahalaşması gözlənilir. Buna səbəb daha çox tələbatla təklif arasında yaranacaq uyğunsuzluq olacaq.

Belə ki, neft istehlakının bütün dünyada artması müqabilində əsas ixracatçı ölkələr hasilatı artırmaq qərarı verdiyindən bazardakı təklif tələbatdan geri qalır.


Femida.az

Açar sözlər: #Neft    

Oxunub: 239