Lənkəranda baş verən ağır avtomobil qəzasında 4 nəfər xəsarət alıb


10:59     19 Oktyabr 2021 21_10_19_1634625233.jpg

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

Hadisə Sütəmurdov kəndi ərazisində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Təhmasib Heydərov, 1992-ci il təvəllüdlü Araz Hüseynov, habelə daha iki nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. T.Heydərovun və A.Hüseynovun xəsarətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1025