Şəmkirdə bir neçə restoran rəhbərliyi cərimələnib


11:38     19 Oktyabr 2021 21_10_19_1634626391.jpg

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq saraylarında monitorinqlər keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-A verilən məlumata görə, ilk olaraq polis əməkdaşları tərəfindən dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb.

Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Həftə ərzində yoxlamalar zamanı ümumilikdə 200-ə yaxın vətəndaş vaksinasiya olunmadığı üçün mərasimlərə buraxılmayaraq geri qaytarılıb.

Polis əməkdaşları eyni zamanda şadlıq saraylarındakı karantin tələblərnə nəzarət edib, sosisal məsafə və digər zəruri tələblərin yerinə yetirilməsini yoxlayıb.

Davam etdirilən monitorinqlər nəticəsində rayon ərazisindəki “Qoşa Çinar” və “Ceyhun” şadlıq saraylarında keçirilən toy məclisində bəyin COVİD-19 pasportunun olmaması aşkarlanıb və hər bir restoran rəhbərliyi 4 000 manat cərimə edilib.

Bundan başqa, polis əməkdaşları “Qold Qafqaz”, “Xan Sarayı” şadlıq saraylarında karantin rejiminin pozulmasına görə rəhbərliyin hər birinə 4 000 manat, 7 həyət toyunda isə hər birinə 400 manatlıq inzibati protokol tərtib edib.

Qeyd edək ki, moniqtorinqlər zamanı mülki öhdəliklə bağlı axtarışda olan şəxs də saxlanılıb.

Açar sözlər:

Oxunub: 1033