Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşdü - ölən var


12:47     19 Oktyabr 2021 21_10_19_1634631455.jpg

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən Femida.az-a cavab olaraq bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı "North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 248