Sabirabadda qanunsuz işləyən baytarlıq apteki aşkarlanıb
14:11 19 Oktyabr 2021
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sabirabad şəhəri, V. Əhmədov küçəsində fəaliyyət göstərən, Quliyev Əlikram Əlibala oğluna məxsus baytarlıq aptekində planlı yoxlama keçirib.
AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı aptekin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, satışı həyata keçirilən son istifadə müddəti bitmiş baytarlıq preparatları, həmçinin xüsusi temperatur rejimində saxlanılması tələb olunan vaksinlərin və bioloji stimulyatorların temperatur rejiminə əməl olunmadan saxlanıldığı aşkar olunub.
Aşkar edilmiş faktla bağlı aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub, son istifadə tarixi bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılaraq müvəqqəti saxlanca verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Oxunub: 1325
Oxşar xəbərlər
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Sabirabadda yeniyetməni avtomobil vuraraq ağır xəsarət yetirib
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
- Sabirabadda arvadını intihar həddinə çatdırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
- Sabirabadda yol qəzası olub, 1 nəfər ölüb
- DİN Sabirabadda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib
- Sabirabadda motosiklet avtomobillə toqquşub, xəsarət alanlar var
- Sabirabadda yol qəzasında 3 nəfər xəsarət alıb
- Sabirabadda 19 yaşlı qız intihara cəhd edib
- Sabirabadda yol qəzasında xəsarət alanlardan biri xəstəxanada ölüb