İsrail İranın nüvə obyektlərinə zərbə endirəcək


15:26     19 Oktyabr 2021 2021/10/285BDB95-238B-40F0-BBAB-601C0BF38426_1634643330.png

İsrail İranın nüvə obyektlərinə potensial zərbə endirmək üçün öz silahlı qüvvələrinin hazırlığına 5 milyard şekel (1,5 milyard dollar) ayırmaq niyyətindədir. Bu xəbəri İsrail televiziyasının 12-ci kanalı yayımlayıb.

Femida.az İsrailin 12-ci telekanalına istinadən xəbər verir ki, nəzərdə tutulan vəsaitə ölkənin əvvəlki büdcəsindən 3 milyard və gələn ay İsrail hökumətinin təsdiqləyəcəyi 2022-ci il büdcəsindən 2 miyard şekel daxildir. Vəsaitin möhkəmləndirilmiş yeraltı obyektlərə hücum üçün zəruri olan müxtəlif növlü təyyarələrin, PUA-ların və unikal növlü silahların alınmasına sərf ediləcəyi bildirilir.

İranın nüvə proqramı ilə bağlı oktyabrın 10-da açıqlama verən İsrailin baş naziri Naftali Bennet "İsrailin məsuliyyəti ondan ibarətdir ki, sözdə yox həqiqətdə İranın heç vaxt nüvə silahı olmayacağına əminlik yəqin etsin",- söyləyib.



Oktyabrın 13-də isə İsrailin xarici işlər naziri Yair Lapid Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken və BƏƏ-nin xarici işlər naziri şeyx Abadlla ben Zaid Əl Nahayyanla birgə mətbuat konfransında qeyd edib ki, İranla danışıqlarda itirilən hər gün Tehranı nüvə silahının hazırlanmasına daha da yaxınlaşdırır.

“Buna görə də, İsrail istənilən vaxt və istənilən yolla hərəkət etmək hüququnu özündə saxlayır. Bu yəhudi dövlətinin yalnız hüququ yox, həm də məsuliyyətidir”,- Yair Lapid vurğulayıb.

Femida.az

Açar sözlər: #İsrail   #İran    

Oxunub: 1412