Sumqayıtda narkotik satan 12 nəfər saxlanılıb - VİDEO


15:53     19 Oktyabr 2021 2021/10/87072A42-0BF7-4293-9F3E-131973558B57_1634644484.png

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, şəhərin müxtəlif ərazilərində həyata keçirilən sonuncu əməliyyatlar nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan daha 12 nəfər tutulub. Belə ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Samir Baxışov, İbrahim Əliyev və Murad Cumatov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilib.



Digər bir əməliyyat nəticəsində isə şəhər sakini Əminə Fərzəliyeva saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış keçirilən zaman 91 qrama yaxın heroin, 12 qram metamfetamin aşkar olunaraq götürülüb. Sumqayıt polisinin şəhər ərazisində keçirdiyi digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər - Əhəd Süleymanov, Elçin Axundov, Möhübbət İsgəndərov, Pərviz Musayev, Ramiz Əsədov, Rafiq Nəsirov, Vadim Həşimov və Xanlar Şəfaqətov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə heroin və digər növdən olan narkotik vasitələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları çəkilən şəxslərin hər biri istintaqa təqdim olunub: "Sumqayıt şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar bundan sonra da davam etdiriləcək", - nazirliyin məlumatında qeyd edilib.

Femida.az

Açar sözlər: #Sumqayıt   #Narkotik    

Oxunub: 3521