"Tanqonu tək oynamırlar" - Peskov


16:22     19 Oktyabr 2021 2021/10/73F14C8C-F35A-4A14-B040-421E4D97ACD4_1634646157.png

"Rusiya NATO-nun Moskvada informasiya bürosunun bağlanmasından heç bir zərər görməyəcək. Tərəflər arasında onsuz da hər hansı əlaqə, dialoq mövcud deyildi".

Femida.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, "de fakto” olan vəziyyət sadəcə “de yure” formasını alıb.
Kremlin sözçüsü NATO-nun Rusiyanı təcrid etmək niyyətini vurğulayaraq, rusiyalı diplomatların ölkədən çıxarılmasını son damla adlandırıb.

"Hər hansı zərurət yaranacağı təqdirdə, xarici işlər naziri Sergey Lavrov bildirdiyi kimi, Brüsseldə çalışan Rusiyanın səfiri ilə əlaqə saxlanılması mümkündür. Əvvəllər də belə olub. Biz dəfələrlə demişik ki, tək tanqo rəqsi etmək mümkün deyil və bunu etməyəcəyik", - Peskov söyləyib.


Femida.az

Açar sözlər: #Rusiya   #NATO    

Oxunub: 302