MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldılıb
16:51 19 Oktyabr 2021
Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.
Femida.az -ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb. Əvvəl Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.
Eyni zamanda, fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.
Həmçinin, fərmana əsasən, İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib. Əvvəl icraçı direktorun 2 müavini var idi.
Femida.az
Oxunub: 411
Oxşar xəbərlər
- Sosial media istifadəçiləri Baş Prokurorluğa çağırılıb, bir nəfər inzibati həbs olunub
- Məişət zorakılığı barədə məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb
- Baş Prokurorluq media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib
- “YouTube” dünyada Rusiya mediasının kanallarını bloklayır
- Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılır
- Baş prokuror: “Mediada insanların şərəf və ləyaqətini təhqir edən, sensasiya xarakterli məlumatlar olmamalıdır”
- Prezident "Media haqqında" qanunu təsdiqləyib - TAM MƏTN
- Rüstəm Əbülfətoğlu MEDİA-dakı vəzifəsindən ayrılıb
- MEDİA vəzifəsindən asılı olmayaraq hər kəsi jurnalistlərlə münasibətdə məsuliyyətli olmağa çağırıb
- Baş Prokurorluq daha bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq edib