Peyvənd olunanların sayı açıqlanıb


19:12     19 Oktyabr 2021 2021/10/2A67CD69-BD64-41DA-837A-7972F366B6B0_1634657008.png

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 060 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 456 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 226 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 976 945, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 249 138 təşkil edir.

Femida.az

Açar sözlər: #Peyvənd    

Oxunub: 1473