Qanunsuz tikintinin qarşısı alınıb - VİDEO


20:48     19 Oktyabr 2021 2021/10/3450EF0E-E573-4F2A-BA98-11597333777B_1634662814.png

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə Femida.az -a FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin ərazisində müvafiq sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.




Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Açar sözlər: #FHN    

Oxunub: 485