Prezident Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib


20:59     19 Oktyabr 2021 2021/10/44B5743C-9338-47F9-AA02-4605457C014E_1634663154.png

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Femida.az xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Femida.az

Açar sözlər: #Prezident   #Başsağlığı    

Oxunub: 370