Şahdağ Milli Parkında ova cəhd edən şəxslər cəzalandırılıb
12:33 20 Oktyabr 2021
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın Quba bölməsinin ərazisində ova cəhd edən şəxslər saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Femida.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Əli Quliyev və Quba rayon sakini Səxavət Zalov olduğu müəyyən edilib.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.
Oxunub: 1387