Azərbaycanda 5 milyona yaxın insan peyvənd olunub
15:53 20 Oktyabr 2021
“Peyvəndlərin vurulmasına müəyyən əks-göstərişlər var. Xəstədə olan xroniki xəstəlik kəskinləşdikdə istər bir, istər ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.
Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, COVID-lə xəstələnmə peyvənd olunmaq üçün maneə deyil:
“Rəsmi qeydiyyata düşübsə, həmin şəxs 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və xəstəlikdən 6 ay sonra immunitet zəifləyir deyə, həmin şəxslər yoluxa bilər. Xəstəlik keçirən insan peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olur”.
O deyib ki, ölkədə 5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub: "Görülən yan təsirlərin əksəriyyəti yüngül yan təsirlərdir. Bu, maksimum 2-3 sutka ərzində keçib gedir”.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi üzrə tədqiqatın II mərhələsi başlayıb
- Azərbaycanda son sutkada peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Peyvənd olunanların sayı açıqlanıb
- Peyvənd olunanların sayı açıqlanıb