"Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır" - Təyyar Eyvazov


16:32     20 Oktyabr 2021 2021/10/4C50AFEC-5A66-4F2D-9686-ACC1537CBEBC_1634734218.jpeg

"Çalışmaq lazımdır ki, məktəblər bağlanmasın. Çünki distant təhsil effekt vermir. Valideynlər, evdəki böyüklər peyvənd olunmalı, məsuliyyətli davranmalıdır".

Femida.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, uşaqların evdə gündə iki dəfə temperaturu yoxlanılmalıdır:

“Uşaqlarda xəstəlik məktəbə gedənə qədər aşkarlanmalıdır. Aşkarlanana qədər o kiminləsə təmasda ola bilər. Valideynlər bu işdə böyük məsuliyyət daşıyırlar. Azyaşlılar koronavirusu böyüklərə nisbətdə yüngül keçirsələr belə, müəllimlərə ötürə bilərlər. Baxmayaraq ki, müəllimlərin 80 %-i peyvənd olunsa da, onlar evdəkiləri yoluxdura bilər".

Femida.az

Açar sözlər: #Uşaq   #Koronavirus    

Oxunub: 248